...

AZAL və “airBaltic” Riqaya birgə uçuşlar həyata keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2016 14:55 (UTC +04:00)
“Azərbaycan Hava Yolları” (AZAL) və Latviyanın “airBaltic” aviaşirkəti 2016-cı il 29 may tarixindən etibarən Bakı-Riqa-Bakı marşrutu üzrə birgə reyslər yerinə yetirməyə başlayacaq.
AZAL və “airBaltic” Riqaya birgə uçuşlar həyata keçirəcək

Bakı. Trend:

"Azərbaycan Hava Yolları" (AZAL) və Latviyanın "airBaltic" aviaşirkəti 2016-cı il 29 may tarixindən etibarən Bakı-Riqa-Bakı marşrutu üzrə birgə reyslər yerinə yetirməyə başlayacaq.

Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Birgə istismar haqqında razılaşmaya (code-share agreement) əsasən, "airBaltic" aviaşirkətinin bu hava xətti üzrə reysləri hər iki aviaşirkətin kodları altında yerinə yetiriləcək.

Riqa-Bakı marşrutu üzrə birbaşa uçuşlar hər həftənin çərşənbə və bazar günləri yerinə yetiriləcək. Bakıdan Riqa istiqamətində uçuşlar isə bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.

Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş - Bakı vaxtı ilə səhər saat 07:05 -də, Riqa Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:15-də. Riqadan uçuş - yerli vaxtla saat 23:55-də, Heydər Əliyev Beynəlxalq hava Limanına enmə - Bakı vaxtı ilə saat şəhər 05:50-də.

Bakı-Riqa-Bakı marşrutu üzrə aviabiletin qiyməti 314 avrodan başlayır.

Latviyanın paytaxtı Riqa Baltikyanı ölkələrin ən böyük şəhəri və ölkənin əsas turizm mərkəzidir. Riqanın Köhnə Şəhər, Lido əyləncə mərkəzi və digər maraqlı turistik yerləri müxtəlif ölkələrindən hər il minlərlə turist cəlb edir.

Riqaya reyslər biznes və ekonom salonlu, komfortlu Boeing-737 laynerləri ilə həyata keçiriləcək.

Biletləri AZAL-ın və "airBaltic" aviaşirkətinin kassalarında əldə etmək və www.azal.az və www.airbaltic.com saytlarında bronlaşdırmaq mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz:

(+994 12) 598-88-80;
*8880.

E-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti