Prezident İlham Əliyev Gəncədə "Nizami" yarımstansiyasını işə salıb (FOTO)

Prezident İlham Əliyev Gəncədə "Nizami" yarımstansiyasını işə salıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 17-də Gəncəyə səfəri çərçivəsində 35/6 kV-luq "Nizami" yarımstansiyasının açılışında iştirak edib.

"Azərişıq" ASC yaradıldıqdan sonra regionlardakı elektrik şəbəkələrinin mövcud vəziyyətinin qısa müddətdə hərtərəfli təhlili aparılaraq, ölkənin sosial-iqtisadi inkişaf strategiyasına və müxtəlif vaxtlarda qəbul edilmiş Dövlət proqramlarına uyğun olaraq, istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchiz edilməsi üçün bütün regionları əhatə edən dörd hissədən ibarət "İnkişaf və Yenidənqurma Proqramı" hazırlanaraq icrası uğurla həyata keçirilir. Hazırda bütün şəhərlərdə, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə yararsız, istismar müddəti başa çatmış transformatorların yenilənməsi, müasir tipli avadanlıqla təchiz edilməsi prosesi gedir. İlkin olaraq, ölkə üzrə komplekt transformator məntəqələri quraşdırılır ki, onlar da həm görünüşünə, həm də texniki göstəricilərinə görə əvvəlkilərdən tamamilə fərqlənir. Gəncədə 35/6 kV-luq "Nizami" yarımstansiyasının inşası da son illərdə ölkəmizin regionlarının elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlı olduğunu nümayiş etdirir.

Məlumat verildi ki, Gəncənin böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, eləcə də ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi, 35 kV-luq elektrik şəbəkələri ilə əlaqələndirilməsi məqsədilə 35/6 kV-luq "Üzgüçülük" yarımstansiyanın yerində müasir tipli tam qapalı 35/6 kV-luq 2x10 MVA gücündə yeni "Nizami" yarımstansiyası tikilib. Yarımstansiyanın tikintisinə 2015-ci ilin aprelində başlanılıb. Yeni yarımstansiya 6 mindən çox abonentin elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdıracaq. Ümumi sahəsi 1700 kvadratmetr olan yarımstansiyada 35/6 kilovoltluq 10 MVA gücündə iki transformator və 35/6 kilovoltluq Almaniya istehsalı olan avadanlıq quraşdırılıb.

Burada həm də Gəncə Şəhər Elektrik Şəbəkəsinin inzibati binası yerləşir. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən guşə yaradılıb. Yarımstansiyada və inzibati binada 80-ə yaxın işçi çalışacaq.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Qeyd olundu ki, yeni yarımstansiya şəhərin mərkəzi hissəsində mövcud elektrik yüklərinin, eləcə də perspektivdə on il ərzində yaranacaq yüklərin qarşılanmasını təmin edəcək. Yeni yarımstansiya şəhərin ən mühüm obyektlərini və 2300-dən çox olan əhali sektorunu elektrik enerjisi ilə təmin edəcək. Yarımstansiyanın tikintisi və Gəncə şəhərində 3 ədəd 110 kV-luq "Az.KTA", "Gəncə-1" və "Bağmanlar" yarımstansiyalararası 35 kV-luq elektrik şəbəkələri vasitəsilə əlaqələndirilməsi 35 kV-luq dairəvi elektrik təchizat sxeminin yaradılmasına səbəb olub. Bu da öz növbəsində şəhərin mərkəzi hissəsinin elektrik təchizatının dayanıqlılığını və etibarlılığını təmin edəcək. Yarımstansiya müasir standartlara cavab verən avadanlıq, eleqaz və vakuum tipli açarlarla təchiz edilməsi ilə yanaşı, məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub. Yarımstansiyada xaricdə və yerli müəssisələrdə istehsal olunan elektrik avadanlığı, müasir elektron tipli rele mühafizəsi və avtomatika sistemi, respublikada istehsal olunmuş güc transformatorları quraşdırılıb. Burada şəbəkə işçiləri və növbətçi heyət üçün müvafiq otaqlar inşa edilib, yanğına qarşı xəbərdarlıq sistemi, yanğından mühafizə hovuzları yaradılıb. Gəncənin qədim şəhərsalma ənənəsinə uyğun olaraq tikilən yarımstansiyanın birinci mərtəbəsi kərpicdən olmaqla xüsusi memarlıq üslubunda inşa edilib. İnşaat işləri zamanı 900 metr uzunluğunda asfalt yol salınıb, ətraf abadlaşdırılıb, yaşıllıq zolaqları yaradılıb.

Diqqətə çatdırıldı ki, regionda gedən yenidənqurma işlərinə uyğun olaraq, müvafiq şəbəkədə çalışan kadrların təkmilləşdirilməsi, onların ixtisasının artırılması və yenidən hazırlanması üzrə fəaliyyəti təmin etmək məqsədilə Gəncədə yeni tikilmiş "Nizami" yarımstansiyasında "Azərişıq" ASC-nin Qərb Regional Tədris Mərkəzi yaradılıb. Mərkəzdə 6/0,4 kV-luq paylayıcı sistem, rele mühafizəsi və avtomatika, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, uçota nəzarət sayğaclarının test və idarəetmə sistemləri, kabel armaturlarının quraşdırılması, istismarı və təmiri, elektrik avadanlığının sınağı və diaqnostikası, digər təcrübə bölmələri var. Tədris Mərkəzi elektroenergetikanın 20-dən artıq müxtəlif ixtisas sahələrini əhatə edən yeni dərs vəsaitləri, eləcə də şəbəkəyə tətbiq olunan müasir avadanlığın xarakteristikası və iş prinsipi üzrə metodik praktikumlarla təmin olunub. Yeni yaradılan Tədris Mərkəzindən qərb regionu ilə yanaşı, şimal-qərb və Mərkəzi Aran regionlarının əməkdaşları da yararlana biləcəklər.

Şirvan şəhərində "Opel" yanıb
Şirvan şəhərində "Opel" yanıb
Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib
Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib
Saatlıda karantin qaydalarını pozan çayxana aşkarlanıb
Saatlıda karantin qaydalarını pozan çayxana aşkarlanıb
Loading Bars
Xəbər lenti
Göygöl Milli Parkının ərazisinə balıq körpələri buraxılıb (FOTO)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edilib (FOTO)
Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib
100-dən çox diaspor könüllüsü və gənci “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda keçirilən konfransa qatılıb
Azərbaycan XİN 9 May Qələbə Günü ilə bağlı bəyanat yayıb
Əfqanıstanda silahlı qarşıdurmada yeddi polis öldürülüb
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib (FOTO)
Bu gün sonuncu Qədr gecəsidir
Los-Ancelesdə Azərbaycanın faşizm üzərində qələbəsindəki roluna dair film hazırlanıb (VİDEO)
Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb
Şirvan şəhərində "Opel" yanıb
Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirlər qadağan ediləcək
Kolumbiyada etiraz aksiyaları zamanı 550-ya yaxın insan itkin düşdü
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Nyu-Yorkun Tayms-skver meydanında atışma baş verib
Dünyada ötən sutka koronavirusa 817 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçıları üçün hər cür şərait yaradılıb - amerikalı idmançı
Türkiyədə son sutkada koronavirusdan 28 896 nəfər sağalıb
"Bavariya" ardıcıl 9-cu dəfə futbol üzrə Almaniya çempionu oldu
Daşkəsən polisi şəhid ailələrinə bayram sovqatları paylayıb
Əfqanıstanda məktəbin qarşısında partlayışlar olub, çoxlu sayda ölən var
Mingəçevir Dövlət Universitetində “Dahi Azərbaycanlı” sənədli filmi nümayiş etdirilib (FOTO)
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Azərbaycanda bayram tətili başlayıb
Mayın 16-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək
Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib
Milli Gimnastika Arenasının zalı heyrətamiz dərəcədə gözəldir - rusiyalı idmançı
Mingəçevir Dövlət Universitetində “İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin ekoloji vəziyyəti” mövzusunda nəzəri-praktiki seminar keçirilib (FOTO)
Ramazanın 26-cı gününün duası - İmsak və iftar vaxtı
İran yük avtomobilləri Qarabağa yük daşımır - İran səfirliyi
Mingəçevir Dövlət Universitetinin tələbə gəncləri ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib (FOTO)
Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Gimnastlarımız üç halqa və iki cüt gürzlərlə hərəkətlərdə Dünya Kubokunun finalına çıxıb (FOTO)
Bu gün Şuşa azaddır və bir daha bizdən ayrılmayacaq - Şuşa sakini danışır
MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan mühazirələr keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Liderlik zirvəsini fəth edən Dahi
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri azalıb
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib
Azərbaycan gimnastları çox güclüdür - Qazaxıstanlı gimnast
Qarabağ Dirçəliş Fondu əlavə dəyər vergisindən azad olunub
Bakıdakı Dünya Kuboku mənim ən sevimli yarışlarımdan biri oldu - Zöhrə Ağamirova
1992-ci il 8 mayında Şuşa satqınlığın və xainliyin qurbanı oldu - Deputat
Dövlət Neft Şirkətinin strukturu təkmilləşdirilir
TRT Qarabağla bağlı sənədli film hazırlayır
Dünya Kubokunda gürzlərlə hərəkətlərdə finalçılar müəyyənləşib
Aİİ-də “Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə xidmətləri” mövzusunda videokonfrans keçirilib (FOTO)
Azərbaycan gimnastı Zöhrə Ağamirova Dünya Kubokunda finala çıxıb
Bakıda təhsil müəssisələrinin tikintisi, təmiri və bərpasına iyirmi milyon manat ayrıldı - SƏRƏNCAM
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri var - Tahir Budaqov
Prezident İlham Əliyev Şuşada yeni ümumtəhsil məktəbinin tikintisinə üç milyon manat ayırdı
Yol qovşağında yenidənqurma işləri aparılır (FOTO)
AQTA quş qripi ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciət edib
Şuşada istilik təchizatının qurulması üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM
Bakıda bizi mehribanlıqla qarşılayırlar - Ukraynalı gimnast
Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan Ordusunda iməcilik keçirilib (FOTO/VİDEO)
Ro-Pax tipli "Azərbaycan" gəmi-bərəsi Qazaxıstana çatıb (FOTO)
Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ edildi
Suvarmada olan çətinliklərin aradan qaldırılması ilə bağlı tapşırıq verilib (FOTO)
"Azəriqaz" bayram günlərində də fəaliyyətini davam etdirəcək
Mayın 16-na olan USD/AZN rəsmi məzənnəsi
Tibb müəssisələrində yoxlamalara başlanılıb
Lənkəranda 50 hektardan çox sitrus bağı salınıb (FOTO)
Müdafiə Nazirliyi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə bağlı VİDEO hazırlayıb
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib
Yaxın 3 ayda müəllimlərin sertifikasiyası gözlənilmir - RƏSMİ
Növbəti illərdə şagird sayında azalmalar ola bilər - Təhsil naziri
“Azərpambıq ASK” MMC-nin işi məhkəməyə göndərildi
Azərbaycanda peyvənd olunan təhsil işçilərinin sayı açıqlanıb
Saatlıda karantin qaydalarını pozan çayxana aşkarlanıb
Xəzər rayonu rəhbərliyi və ictimaiyyət nümayəndələri Binədə yeni qurulan Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 1720 nəfər COVID-19-dan sağalıb, 649 nəfər yoluxub
Əyani tədrisin qismən bərpa olunması qərarı aparılan təhlillərdən sonra verilib - Nazir
Şuşa alimlərin, sənətkarların doğulub boya-başa çatdığı elm və mədəniyyət mərkəzidir - Komitə sədri
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə
120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib
Bu il 50 mindən artıq müəllimliyə namizəd işə qəbulla bağlı müsabiqəyə qatılacaq - Emin Əmrullayev
Energetika Nazirliyi Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib (FOTO)
Şəhid ailələri və müharibə əlillərinə daha 40 mənzil təqdim olundu (FOTO)
X-XI siniflər hələ də distant formada tədrisə davam edəcək - Təhsil naziri
Bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günündə maraqlı anlar (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimləri keçirilib (FOTO/VİDEO)
Azərbaycan gimnastlarının Dünya Kubokunun ikinci günündə NƏTİCƏLƏRİ (FOTO)
Bakıda yarışlar hər zaman ən yüksək səviyyədə keçir - Sloveniyalı gimnast
Külək və yağışla bağlı XƏBƏRDARLIQ
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Qalib Sərkərdə strategiyasının əməli sübutu – qalibiyyətə aparan möhtəşəm yol
Sənaye və məişət tullantıları ilə bağlı 650 nəfər barəsində tənbeh tədbiri görülüb
Artıq 8 may ağrısı ilə deyil, 8 noyabr qüruru ilə yaşayırıq – Politoloq
Balakəndə əməliyyat, polis narkobaronu yaxaladı
Bu il Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlanıb
AHİK daha 5000 ailəyə ərzaq sovqatı göndərib (FOTO)
Qadın cəzaçəkmə müəssisəsində nöqsanlar aşkarlanıb, müəssisə rəhbəri işdən azad edilib
Suraxanıda nişan mərasimi keçirən 57 nəfər cərimələndi (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Şuşa azaddır! (VİDEO)
Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb (FOTO)
AHİK rəhbərliyi Fəxri xiyabana gedərək Ulu Öndərin xatirəsini yad ediblər (FOTO)
Ermənilərin faşizm ideologiyasını əbədiləşdirməsi dünya üçün bir bəladır - İsrailli ekspert
Bütün xəbərlər