...

Azərbaycan tranzit yükdaşımalar üzrə güzəştli tariflər tətbiq etməyə hazırlaşır (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2016 17:25 (UTC +04:00)
Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən “Tranzit yükdaşıma xidmətləri ilə bağlı tariflərin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi üzrə Qaydalar”ın layihəsi hazırlanaraq hökumətə təqdim edilib.
Azərbaycan tranzit yükdaşımalar üzrə güzəştli tariflər tətbiq etməyə hazırlaşır (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:50-də yayılıb)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən "Tranzit yükdaşıma xidmətləri ilə bağlı tariflərin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi üzrə Qaydalar"ın layihəsi hazırlanaraq hökumətə təqdim edilib.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev Şuranın elektron portalının (www.transit.az) təqdimatında deyib.

Onun sözlərinə görə, layihəyə artıq hökumətdə baxılır və yaxın vaxtlarda qaydalarln təsdiqi gözlənilir.

Qeyd olunub ki, daşımalar üzrə vahid prinsip və şərtləri müəyyənləşdirən bu qaydalar dəhliz boyu şəffaflığı və əlverişli daşıma imkanlarını təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti