...

Sürücülərə şad xəbər (FOTO/VİDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2016 09:54 (UTC +04:00)
Xətai rayonu İlqar Zülfüqarov küçəsi təmir olunub.
Sürücülərə şad xəbər (FOTO/VİDEO)

Bakı. Trend:

Xətai rayonu İlqar Zülfüqarov küçəsi təmir olunub.

Bu barədə Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bildirilir ki, avtonəqliyyat vasitələrinin, o cümlədən vətəndaşların rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində Xətai rayonu İlqar Zülfüqarov küçəsində texnoloji ardıcıllığa riayət olunmaqla təmir işləri aparılıb. Küçə yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Küçənin uzunluğu 1 kilometr, eni isə 7 metrdir. Təmir-tikinti işləri çərçivəsində küçə boyu köhnə səki daşları sökülərək əvəzinə 2 min p/m yeni səki daşları düzülüb. Köhnə asflat-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Daha sonra 2 qat olmaqla təqribən 7 min m2 sahəyə yeni asfalt-beton örtüyü döşənib.

Təmir-tikinti işləri çərçivəsində kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Bundan başqa mövcud piyada səkiləri də bərpa olunaraq, asfaltlanıb.

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti