...

Aydın Əliyev: DGK gömrük sistemində islahatların aparılması üzrə bütün tapşırıqları tam yerinə yetirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2016 19:00 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) gömrük sistemində islahatların aparılması üzrə bütün tapşırıqları tam yerinə yetirib.
Aydın Əliyev: DGK gömrük sistemində islahatların aparılması üzrə bütün tapşırıqları tam yerinə yetirib

Bakı. Ənvər Məmmədov - Trend:

Dövlət Gömrük Komitəsi (DGK) gömrük sistemində islahatların aparılması üzrə bütün tapşırıqları tam yerinə yetirib. Trend-in məlumatına görə, bunu jurnalistlərə Komitə sədri Aydın Əliyev bildirib.

A.Əliyev deyib: "Bildiyiniz kimi, bu ilin mart ayında Azərbaycan Prezidenti gömrük sistemində islahatların davam etdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamdan irəli gələn məsələləri həll etmək üçün bizə iki ay ayrılmışdı. Biz müxtəlif dövlət orqanları ilə birgə qərar layihələrini və normativ aktları hazırlayıb onları Nazirlər Kabinetinə və Prezident Administrasiyasına təqdim etdik".

Onun sözlərinə görə, bir ay əvvəl DGK elektron bəyannamə üzrə pilot layihəyə başlayıb. Bu gündən isə Azərbaycan tam olaraq malların və nəqliyyat vasitələrinin elektron bəyanetmə sisteminə keçib.

A.Əliyev qeyd edib ki, yaxın vaxtlarda islahatlarla nəzərdə tutulmuş digər məsələlər də öz həllini tapacaq: "Xüsusilə yaxın vaxtlarda sahibkarların dəstəklənməsi məqsədilə gömrükdə "yaşıl dəhliz"lərin yaradılması üzrə qərar qəbul olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti