...

Lerikdə yeni avtomobil körpüsü inşa edilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2016 18:01 (UTC +04:00)
Bir müddət bundan öncə yağan intensiv yağışlar nəticəsində Lənkəran-Lerik avtomobil yolunun 36-cı kilometrliyindən Təbrizli kəndinə gedən yol üzərində sel sularının dağıtdığı dəmir körpünün yerində yeni körpü inşa edilir.
Lerikdə yeni avtomobil körpüsü inşa edilir (FOTO)

Bakı. Trend:

Bir müddət bundan öncə yağan intensiv yağışlar nəticəsində Lənkəran-Lerik avtomobil yolunun 36-cı kilometrliyindən Təbrizli kəndinə gedən yol üzərində sel sularının dağıtdığı dəmir körpünün yerində yeni körpü inşa edilir.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, sovet hakimiyyəti dövründə dəmir konstruksiyadan yığılan və istismar müddəti bitən körpünün uzunluğu 32 metr, eni isə 3,5 metr idi. Yeni inşa edilən körpü isə dəmir-beton konstruksiyalı olmaqla uzunluğu 19 metr, eni isə 4,5 metr olacaq.

Hazırda yeni körpünün dayaqlarının inşası aparılır. Buna paralel olaraq suların körpünün dayaqlarına ziyan vurmaması üçün su tənzimləyici qurğunun da tikintisi həyata keçirilir.

Tikinti işləri "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun yüksək keyfiyyətlə aparılır və tez bir zamanda yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, hərəkətinin dayanmaması məqsədi ilə çayın avtonəqliyyat vasitələrinin məcrası hamarlanmaqla müvəqqəti olaraq keçid təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti