...

"Knauf" şirkəti Azərbaycanın iqtisadi islahatlarını dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2016 16:25 (UTC +04:00)
Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən böyük iqtisadiyyat tərəfdaşıdır və bu region ölkələri ilə ümumi əməkdaşlığımızın 80 faizi məhz Azərbaycanın payına düşür.
"Knauf" şirkəti Azərbaycanın iqtisadi islahatlarını dəstəkləyir

Berlin. Sevil Mikayılova - Trend:

Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən böyük iqtisadiyyat tərəfdaşıdır və bu region ölkələri ilə ümumi əməkdaşlığımızın 80 faizi məhz Azərbaycanın payına düşür.

Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu bu gün Berlində öz işinə başlayan Azərbaycan-Almaniya biznes-forumunda çıxış edən "Knauf" şirkətinin icraçı direktoru Manfred Qrundke bildirib.

O qeyd edib: "İqtisadiyyatda ümumi geriləmə bizim xarici ticarət əlaqələrimizə də təsir edib. Məsələn, 2015-ci ildə ticarət dövriyyəsinin ümumi həcmi 2014-cü ilə nisbətən azalıb".

Azərbaycanın öz iqtisadiyyatının diversifikasiyası üçün, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün atdığı addımları dəstəklədiyini bildirən M.Qrundke bu sahədə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirib: "Azərbaycanın iqtisadi sahədə apardığı islahatları dəstəkləyirik və investisiya mühitinin daha da yaxşılaşdırılacağına ümid edirik".

İcraçı direktor Azərbaycanda yerli biznesin inkişafına dəstək verildiyini bildirib: "Biz əlaqələrimizin inkişafına dəstək vermək istəyirik. Tezliklə bir sıra sənədlər imzalayacağıq ki, bu sənədlər də maliyyə ayırmaları ilə bağlıdır, eləcə də bir sıra şirkətlər arasında müvafiq sənədlər bağlanacaq. Alman-Azərbaycan Ticarət Palatası şirkətlərə köməklik göstərir və ticarətin həcmi artır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti