...

Cavid Qurbanov: Hindistandan Rusiyaya ilk yük qatarı Azərbaycandan keçəcək (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2016 12:05 (UTC +04:00)
2016-cı ilin avqustun sonunda “Şimal-Cənub” layihəsi çərçivəsində Hindistandan Rusiyaya ilk yük qatarı Azərbaycan üzərindən keçməklə işə salınacaq.
Cavid Qurbanov: Hindistandan Rusiyaya ilk yük qatarı Azərbaycandan keçəcək (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 10:50-də yayımlanıb

Bakı. Maksim Tsurkov - Trend:

2016-cı ilin avqustun sonunda "Şimal-Cənub" layihəsi çərçivəsində Hindistandan Rusiyaya ilk yük qatarı Azərbaycan üzərindən keçməklə işə salınacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, avqustun sonunda yük qatarı Mumbaidən çıxaraq bərə ilə İranın Bəndər-Abbas limanına çatdırılacaq: "Oradan isə dəmir yolu ilə qatar Rəştə gələcək. Buradan yüklər yük avtomobillərinə yüklənərək Azərbaycanın Astara ərazisinə çatdırılacaq. Astaradan yüklər dəmir yolu ilə Moskvaya göndəriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti