...

Bakı ilə İstanbul Atatürk aeroportu arasında hava əlaqəsi bərpa olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2016 09:21 (UTC +04:00)
Bakı İstanbulla hava əlaqəsini bərpa edib.
Bakı ilə İstanbul Atatürk aeroportu arasında hava əlaqəsi bərpa olunub

Bakı. Trend:

Bakı İstanbulla hava əlaqəsini bərpa edib. Bu barədə Trend-ə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından məlumat verilib.

Hava limanından qeyd ediblər ki, AZAL artıq yerli vaxtla saat 08:45-də İstanbul aeroportuna uçuş həyata keçirib.

Qeyd edək ki, daha öncə İstanbul hava limanındakı son terror hadisəsi ilə əlaqədar Bakıdan İstanbula 2 reys təxirə salınmışdı.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb.

Verilən son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti