...

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2016 15:24 (UTC +04:00)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Avronun dollara nisbətən qiyməti son bir ay ərzində 1.09$ - 1.12$ aralığında ticarət edilib. Hal-hazırda 1.11$ ətrafında təklif edilən EUR/USD cütlüyü bu həftənin cümə günü Amerikanın əmək bazarı ilə bağlı yayımlanan önəmli məlumatlar fonunda yenidən 1.12$-a kimi (1.1230$-a kimi) bahalaşa bilər.

GBP

GBP/USD valyuta cütlüyünün texniki mənzərəsini təhlil edən analitiklər hal-hazırda 1.32$ ətrafında təklif edilən cütlük üzrə qiymətin yenidən bahalaşa biləcəyi proqnozlaşdırırlar. Qiymətin bahalaşması 1.35$-ı yuxarı istiqamətdə qırılmasından sonra daha da sürətlənə bilər. Eyni zamanda, bu həftənin cümə axşamı Böyük Britaniya Mərkəzi Bankının faiz qərarı açıqlanacaq.

TRY

InvestAZ analitiklərinin gözlədikləri kimi USD/TRY cütlüyü üzrə qiymət 2.98 TL-a kimi ucuzlaşıb. Analitiklər qiymətin əlavə olaraq 2.95 TL və 2.93 TL-ə kimi də ucuzlaşa biləcəyini proqnozlaşdırırlar.

OIL

Eneriji bazarlarında son günlər neft üzrə qiymətlərin ucuzlaşdığı müşahidə edilsə də, artıq bazar ertəsi qiymətin bahalaşamağa başladığının şahidi oluruq. Əmtəə bazarları üzrə InvestAZ şirkətinin analitikləri Avropanın Brent markalı neftin bir barel qiymətinin yenidən 48$, 51$ və 53$-a kimi bahalaşa biləcəyini bildirirlər.

GOLD

Digər əmtəə bazarlarında isə qızılın bir unsiya qiyməti keçən həftə artım istiqamətində korreksiya edib, yəni qismən bahalaşıb. 1349$-a kimi bahalaşan qiymət 1375$-ın altında qaldıqca yenidən 1310$ və 1305$-a kimi ucuzlaşa bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır
.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti