...

Azərbaycan-İran iqtisadi əlaqələri müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2016 13:02 (UTC +04:00)
İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfərinə hazırlıq məqsədilə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ölkəmizdə işgüzar səfərdədir.
Azərbaycan-İran iqtisadi əlaqələri müzakirə edilib

Bakı. Trend:

İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfərinə hazırlıq məqsədilə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ölkəmizdə işgüzar səfərdədir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 2-də iqtisadiyyat naziri Şahin Mustafayev İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb.

Görüşdə iki ölkə arasında əməkdaşlığa dair saziş layihələrinə, eləcə də Azərbaycan və İran arasında həyata keçirilən mühüm layihələrə, o cümlədən, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə, neft-qaz, energetika, gömrük işi, kənd təsərrüfatı, səhiyyə, turizm, investisiya əməkdaşlığına, habelə əczaçılıq, minik avtomobillərinin və ehtiyat hissələrinin birgə istehsalı layihələrinə dair müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti