...

Sürücülərə şad xəbər

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2016 16:10 (UTC +04:00)

Bakı. Trend:

Qara Qarayev prospektinin bir hissəsi təmirdən sonra açılır.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, bu gün axşam saatlarında bir hissəsi bağlı olan Qara Qarayev prospektində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunur.

Qeyd edək ki, təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 5-dən Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən ( “8-ci km. bazarı” ) Bəhruz Nuriyev küçəsi ilə kəsişməyədək olan hissəsində ( “Laçın” ticarət mərkəzi ) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti