Bakı. Trend:
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi yeddi aviaşirkətin Azərbaycan şəhərlərinə uçuşlarına verilmiş icazələrini geri götürüb.
Trend-in agentliyə istinadən verdiyi məlumata görə, söhbət "Koqalımavia", "Yamal", "Saratob hava yolları", "YuTeyr", "İjavia", "Taymır" və "VİM-AVİA" şirkətlərindən gedir.
Buna səbəb kimi həmin şirkətlərin icazə aldıqdan sonra Azərbaycana uçuşlar həyata keçirməməsi olub.