Bakı. Ənvər Məmmədov – Trend:
Ləğv edilmiş "Bank Standart" ASC-nin əmanətçilərinə kompensasiyaların həcmi 460 milyon manat təşkil edəcək. Trend-in məlumatına görə, bunu Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) rəhbəri Azad Cavadov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ümumilikdə bu bankda fiziki şəxslərin əmanətlərinin həcmi 603 milyon manat, o cümlədən sığortalanmış əmanətlərin həcmi 568 milyon manat təşkil edir: "Sığortalanmış əmanətçilərin ümumi sayı 138 min nəfər təşkil edir".
A.Cavadov qeyd edib ki, ilk dəfə Azərbaycanda sistem əhəmiyyətli bankda sığorta hadisəsi elan edilib: "Bank sistemli olduğuna görə dövlət onu sağlamlaşdırmağa cəhd etdi, lakin buna nail olunmadı.
O əlavə edib ki, "Bank Standard" əmanətçilərinə kompensasiya ödənişi oktyabrın 11-də başlayacaq və bankın filiallarında aparılacaq.