...

Azərbaycanda yeni qurum yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2016 08:12 (UTC +04:00)
Azərbaycanda Mediasiya Şurası yaradılacaq.
Azərbaycanda yeni qurum yaradılacaq

Bakı. Trend:

2017-ci ildə Azərbaycanda Mediasiya Şurası yaradılacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Yol xəritəsinə əsasən, gələn il mediasiya haqqında qanun layihəsinin hazırlanması nəzərdə tutulur. Mübahisələrin məhkəməyəqədər həllinin alternativ üsullarının təkmilləşdirilməsi üçün mediasiya haqqında qanunun qəbulu nəzərdən keçiriləcək. Qanunda mediasiyanın tətbiq dairəsi, məqsəd və prinsipləri, könüllülük və mediasiya tərəflərinin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların müstəqilliyi və qərəzsizliyi, mediasiya proseduruna müdaxilənin yolverilməzliyi və s. məsələlər əhatə olunacaq.

Qeyd olunur ki, mediatorların fəaliyyətinin təşkili və əlaqələndirilməsi məqsədilə müvafiq dövlət qurumlarının iştirakı ilə Mediasiya Şurasının yaradılması nəzərdən keçiriləcək. Mediasiya Şurası müvafiq icra hakimiyyəti orqanının təşkil etdiyi müsabiqənin nəticələri əsasında təyin edilən üzvlərdən ibarət olacaq. Şura haqqında əsasnamə hazırlanacaq, şuranın səlahiyyətləri müəyyənləşdiriləcək və fəaliyyəti təmin ediləcək.

Bu prioritetin icrası əsaslı investisiya qoyuluşu tələb etməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti