...

Vergilər Nazirliyində növbəti struktur dəyişiklikləri

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2017 12:33 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyində bir sıra idarələr departamentlərə çevrilib.
Vergilər Nazirliyində növbəti struktur dəyişiklikləri

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Vergilər Nazirliyində bir sıra idarələr departamentlərə çevrilib.

Trend-in nazirliyə istinadən verdiyi məlumata görə, dəyişikliklər vergi siyasəti və strateji araşdırmalar, daxili təhlükəsizlik, vergi risklərinin təhlili və nəzarət, eləcə də hüquq idarələrində baş verib.

Bundan başqa, Vergi ödəyicilərinə xidmət Baş idarəsi Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamenti, Ərazi vergi orqanları ilə iş üzrə Baş İdarə Ərazi vergi orqanları ilə iş Departamenti, Beynəlxalq əməkdaşlıq və maliyyə təşkilatlarında vergi monitorinqi Baş idarəsi eyniadlı departament olaraq adlandırılıb.

Bu dəyişikliklərlə birgə hazırda nazirliyin tərkibində bir baş idarə - vergi cinayətləri və vergi borclarının alınması işinin təşkili baş idarəsi, 11 departament, 3 idarə və şöbə, nazirliyin aparatı, bir bölmə və tədris mərkəzi mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti