...

"Azərişıq": Son bir neçə gündə 5700 məcburi köçkün evinə sayğac quraşdırılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2017 10:33 (UTC +04:00)

Bakı. Trend:

Pirşağı qəsəbəsində yerləşən "Qızılqum" sanatoriyasında məskunlaşmış məcburi köçkünlərlə "Azərişıq" işçiləri arasında dava düşməyib. Yüzə yaxın əməkdaşımızın "Qızılqum" və "Gilavar" sanatoriyalarında olmaları haqqında məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Trend-ə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Mətbuat Xidmətindən məlumat verilib.

Qurumdan bildirilib ki, belə məlumatların yoxlanılmadan yayılması təəssüf hissi doğurur. Məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması ilə əlaqədar yaranan hər hansı anlaşılmazlıq halları ərazi icra hakimiyyəti orqanlarının və onların məcburi köçkünlərlə iş üzrə nümayəndələrinin iştirakı ilə araşdırılaraq, bununla əlaqədar daxil olan şikayət və müraciətlərə dərhal baxılıb həll olunmasına dair “Azərişıq” ASC-nin aidiyyəti strukturlarının rəhbərlərinə ciddi göstərişlər verilir.

Azərbaycan Prezidentinin 23.01.2017-ci il tarixli, 1206 saylı fərmanına əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətləri və kommunal xidmətlər üzrə güzəştlər vahid aylıq müavinətlərlə əvəz edildiyini nəzərə alaraq, habelə köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasının qısa müddətdə təmin olunmasına dair verilmiş göstərişin operativ icrası məqsədi ilə “Azərişıq” ASC-də Mərkəzi Qərargah yaradılib.

Məcburi köçkün evlərinin sayğaclaşdırılması davam etdirilir. Bakının Yasamal, Suraxanı, Xətai, Nəsimi, Sabunçu, Nizami, Binəqədi və Nərimanov rayonlarında, Aran və şimal regionlarında yataqxanalarda yaşayan məcburi köçkün evlərinin sayğaclaşdırılması davam etdirilir. Son bir neçə gündə artıq 5700 məcburi köçkün evlərinə sayğac quraşdırılıb. Qeyd olunan işlərin vaxtında başa çatdırılması məqsədi ilə tələb olunan sayda sayğacların və zəruri mal-materialların ehtiyatı yaradılıb, onların vaxtında ərazilərə çatdırılması üçün lazımi nəqliyyat vasitələri ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti