...

PR menecerlər arasında breyn-rinq yarışı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2017 16:45 (UTC +04:00)

Bakı. Trend:

“Excelsior Hotel & Spa Baku” otelində korporativ kommunikasiyalar və PR sahəsində çalışan menecerlər arasında Novruz bayramına həsr olunmuş breyn-rinq yarışı keçirilib.

Breyn-rinq yarışı “Parlaq Zəka” oyununun aparıcısı Aydın Piriyev tərəfindən keçirilib. Oyun zamanı iştirakçılar müxtəlif maraqlı sualları cavablandırıblar.

Tədbirdə “AtaHolding”, “Bakcell”, “AtaBank”,“PAŞA Həyat Sığorta”, İcbari Sığorta bürosunun, “Excelsior Hotel & Spa Baku” və digər şirkətlərin nümayəndələri iştirak ediblər.

“Bakcell” şirkətinin Korporativ Kommunikasiya üzrə mütəxəssisi Abbas Musayev, “AtaBank” ASC-nin Korporativ Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov və “PAŞA Həyat Sığorta” şirkətinin PR meneceri Elnur Hüseynquluyev iştirakçılara xatirə hədiyyələri təqdim ediblər.

“PAŞA Həyat Sığorta” şirkətinin PR meneceri Elnur Hüseynquluyevin sözlərinə görə, “AtaHolding” tərəfindən PR menecerlər arasında təşkil edilən breyn-rinq oyunu artıq ənənə halını alıb: "Bu tədbirin təşkilində əsas məqsəd yalnız oyunun keçirilməsi deyil. Məqsədimiz ölkədə fəaliyyət göstərən şirkətlərin PR menecerlərini bir araya toplayaraq onlarla dostluq və əməkdaşlıq münasibətlərini daha da sıxlaşdırmaq və bu münasibətlər nəticəsində yeni-yeni layihələrin meydana gəlməsinə şərait yaratmaqdır. Tədbir ili ildən təkmilləşərək daha yaxşı səviyyədə təşkil olunur. Dünənki tədbir də yüksək səviyyədə təşkil olunmuşdu. Biz “PAŞA Həyat Sığorta” olaraq “AtaHolding”in birgə əməkdaşlıq layihələrində iştirak edirik və bundan sonra da bu cür layihədərə daim dəstək göstərməyə hazırıq”.

“Bakcell” şirkətinin korporativ kommunikasiyalar üzrə mütəxəssisi Abbas Musayev tədbirlə bağlı bildirib: “Belə maraqlı yarış təşkil etdiklərinə və tədbirə dəstək göstərməyimiz üçün şərait yaratdıqlarına görə “AtaHolding”in təmsilçisi Dilarə Zamanovaya təşəkkürümüzü bildiririk. Oyun çox maraqlı keçdi. Bu cür tədbirlər sayəsində ölkənin aparıcı şirkətlərinin nümayəndələri arasında əlaqələr daha da möhkəmlənir və onların asudə vaxtının səmərəli keçməsi üçün gözəl imkan yaranır”,

“AtaHolding” Şirkətlər Qrupunun Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova tədbirlər bağlı qeyd edib ki, bu tədbirin məqsədi bayram əhval-ruhiyyəsi yaratmaq, iştirakçıları sevindirmək və onları motivasiya etməkdir.

Qeyd edək ki, “AtaHolding”, “AtaBank”, “Bakcell” və “Paşa Həyat Sığorta” ölkədə sosial, xeyriyyə, təhsil və idman layihələrində fəal iştirak edir və bu cür layihələri dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti