Ukrayna və Azərbaycan dünya bazarlarında mövqeləri gücləndirmək üçün əməkdaşlığı genişləndirməlidirlər (MÜSAHİBƏ)

Ukrayna və Azərbaycan dünya bazarlarında mövqeləri gücləndirmək üçün əməkdaşlığı genişləndirməlidirlər (MÜSAHİBƏ)

Bakı. Azad Həsənli - Trend:

Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin Trend-ə müsahibəsi

- Azərbaycan və Ukrayna çoxdankı tərəfdaşdırlar və müxtəlif istiqamətlər üzrə əməkdaşlıq edirlər. Hazırda ölkələr arasında iqtisadi əməkdaşlığın vəziyyətini və qarşılıqlı əmtəə dövriyyəsinin həcmini necə qiymətləndirirsiniz? Azərbaycan və Ukrayna arasında qarşılıqlı əməkdaşlığın mövcud potensialı nə dərəcədə reallaşdırılıb?

- Azərbaycan Ukraynanın mühüm strateji tərəfdaşıdır. Bunu Ukraynanın Prezdenti Petro Poroşenko və Baş naziri Vladimir Qroysmanın Kiyevdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşləri (səfər 13-14 martda baş tutub – red.) və bəyanatları da təsdiq etdi.

Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin aktivləşdirilməsi üçün çox münasib vaxtdır, belə ki, Ukrayna və Azərbaycan əməkdaşlığın potensialını hələ tam realizə etməyiblər. Ötən illər ərzində qarşılıqlı ticarətin həcmi azalıb və 2016-cı ildə hətta 300 milyon dolları ötməyib. Lakin biz hazırda ticari və iqtisadi əməkdaşlığın genişləndirilməsi üzərində işləyirik.

Kimya sənayesi, əczaçılıq, gəmi, təyyarə və maşın qayırma sahələrində birgə istehsalı inkişaf etdirmək vacibdir. Biz aqrar sənaye kompleksi sahəsində və Azərbaycana ərzaq məhsullarının tədarükündə əməkdaşlığı davam etdirmək və genişləndirməkdə maraqlıyıq. Və, əlbəttə, biz Azərbaycan neftinin gələcəkdə Ukraynanın Neft Emalı zavodlarına və ərazimiz vasitəsilə Avropa ölkələrinə tədarükündə də maraqlıyıq.

Yeri gəlmişkən, Baş nazir Vladimir Qroysman Azərbaycan nümayəndə heyəti ilə görüşü zamanı iqtisadiyyat naziri Şahin Mustafayevin Kiyevdə Azərbaycan Ticarət Evinin yaradılması təklifini müsbət qiymətləndirdi. Bu, ölkələrimiz arasında qarşılıqlı ticarət əlaqələrini gücləndirməlidir.

- Dünyada mürəkkəb qlobal iqtisadi vəziyyətlə əlaqədar Azərbaycan-Ukrayna əməkdaşlığı üçün prioritetlər dəyişibmi?

- Dünya bazarlarında rəqabət güclənir. Bu səbəbdən də ölkələr arasında qarşılıqlı fəaliyyəti təşkil etmək, xarici bazarlarda mövqeləri gücləndirmək məqsədilə şəxsi və birgə rəqabət imkanlarının artırılmasına şərait yaratmaq yollarını axtarmaq mühümdür. Buna görə də Ukrayna və Azərbaycan əməkdaşlıq bazasını təkmilləşdirərək və genişləndirərək dərhal bir neçə istiqamətdə – ticari-iqtisadidən tutmuş elmi-texniki sahəyədək qarşılıqlı işbirliyini gücləndirməlidirlər.

Bunun üçün 2017-ci ildə hökumət və işgüzar səviyyələrdə bir neçə mühüm Ukrayna-Azərbaycan biznes-forumu keçirmək planlaşdırılır. Bunlardan biri martın 13-də Kiyevdə (Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə - red.) keçirilib. Növbəti forumu Bakıda təşkil etməyi planlaşdırırıq. Həmçinin, bu yaxınlarda Kiyevdə iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyanın XII iclası keçiriləcək.

- Azərbaycan neftinin Kremençuq Neft Emalı Zavoduna tədarükünə başlanılıbmı? Tədarük həcmini nə qədər artırmaq planlaşdırılır?

- "Ukrtransnafta" Publik Səhmdar Cəmiyyətinin məlumatına əsasən, müəssisə martın 10-dan Odessadan Kremençuqa neft kəməri məntəqəsinin işini yeniləyib və “Azeri Light”ın Kremençuq NEZ-ə nəqlinə başlayıb. Ötən ilin sonunda imzalanmış saziş 2017-ci ildə Kremençuq NEZ-ə ən azı 1,3 milyon ton “Azeri Light” neft növünün nəqlini nəzərdə tutur. Bu həcmin 1,9 milyon tonadək artırılması nəzərdə tutulur.

Azərbaycan neftinin nəqli "Ukrtransnafta"ya 5 ilə yaxındır fəaliyyət göstərməyən Odessadan Kremençuqa neft kəməri məntəqəsinin işini yeniləməyə imkan verir. Bu, Ukrayna NEZ-lərinə neft nəqlini, həmçinin Ukrayna üzrə daxili neft nəqli həcmini də artıracaq.

- Ukrayna iqtisadiyyatına yatırılan Azərbaycan investisiyalarının həcmi nə qədərdir? Bu investisiyalar əsasən hansı sahələrə yönəldilib?

- Ukrayna Dövlət Statistika Xidmətinin məlumatına əsasən, 2016-cı ildə Azərbaycan Ukrayna iqtisadiyyatına 221 milyon dollardan çox investisiya yatırıb. Bu sərmayələrin əsas hissəsi (təqribən 88 faiz) topdan və pərakəndə ticarətə, avtonəqliyyat vasitələri və motosikletlərin təmirinə yönəldilib, 5 və 4 faizi isə müvafiq olaraq tikinti və sənaye sahələrinə ayrılıb.

Ümumiyyətlə, Ukraynada biznes mühitinin yaxşılaşdırılması hökumətin əsas prioritetidir. Bundan başqa, Ukraynada korrupsiyaya qarşı mübarizə üzrə fəal iş görülür, hüquq-mühafizə sistemi üzrə, həmçinin vergi, gömrük və məhkəmə islahatları aparılır. 2015-ci ildə 43 faiz azalan Ukrayna ÜDM-i görülən tədbirlər sayəsində artıq 2016-cı ildə 2,2 faiz artıb.

- Ukrayna Azərbaycanda əczaçılıq zavodunun tikintisi üzrə danışıqlar aparır. Tikinti işləri nə vaxt başlayacaq və bu layihənin reallaşdırılması üçün nə qədər investisiya lazımdır? Bu zavodda hansı dərmanların buraxılması planlaşdırılır və müəssisənin istehsal gücü nə qədər olacaq?

- Bildiyim qədər, danışıqlar hələ “İndar” QSC, Azərbaycan İqtisadiyyat və Səhiyyə nazirlikləri, Azərbaycan İnvestisiya Şirkəti və Ukraynanın Azərbaycandakı səfirliyi səviyyəsində aparılır.

Layihənin məqsədi infuziya məhlullarının buraxılması üzrə yeni əczaçılıq müəssisəsinin tikintisidir. Müəssisə Bakının yaxınlığında yerləşəcək. Bu, şübhəsiz ki, Azərbaycan-Ukrayna əməkdaşlığı üçün mühüm nailiyyətdir, lakin faktiki reallaşdırma üçün tərəflərin hələ çox iş görməsi lazımdır.

- Ötən il Ukrayna rəsmi olaraq Transxəzər beynəlxalq nəqliyyat marşrutunun iştirakçısı oldu. Bu marşrut vasitəsilə yük axınının artması müşahidə olunurmu və Transxəzər Ukrayna yük daşıyıcıları üçün nə dərəcədə səmərəlidir?

- Bu istiqamətdə yaxınlarda açıqlanan statistika yük axınının əhəmiyyətli artımını göstərir – 2014-cü ildə 450 və 2015-ci ildəki 600 vaqonla müqayisədə ötən il təqribən 3000 vaqon.

Bununla belə, Ukrayna vahid rəqabətli tarif siyasətinin razılaşdırılması üzrə daimi əsasda danışıqlar aparmağı, daşıma marşrutunun coğrafiyasının genişləndirilməsini və liman və bərələrin daşıma imkanları ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması üçün infrastrukturun yaxşılaşdırılmasını məqsədəuyğun hesab edir.

Həmçinin, Ukrayna İnfrastruktur Nazirliyi özündə yük axınının cəlb edilməsi mexanizmini, Transxəzər marşrutundakı limanlar arasında birbaşa dəmiryol-bərə birləşmələrinin işlənib hazırlanması üzrə əlaqələndirmə orqanlarının yaradılmasını, həmçinin gömrük rəsmiləşdirilməsi prosedurunu sadələşdirməyi ehtiva edən beynəlxalq hüquqi baza hazırlayıb. Bu və digər tədbirlər bu işə biznesi cəlb etmək məqsədilə qanunvericiliklərə dəyişiklikləri və dövlətlər arasında fəal əməkdaşlığı tələb edir.

- Azərbaycan iqtisadiyyatının hansı sahələri ukraynalı sərmayədarlar üçün daha cəlbedici ola bilər və Ukrayna hansı sahələri Azərbaycan investisiyalarının cəlbi baxımından məqsədəuyğun hesab edir?

- Ukraynada desentralizasiya islahatları regional sənaye parkları şəbəkəsinin yaradılması və dövlət dəstəyi daxil olmaqla, regional inkişaf layihələrinin aktivləşdirilməsinə xidmət etdi. Bu, emal sənayesi üçün, eləcə də infrastruktur və sosial layihələrin, innovasiyaların inkişafı və aqrar-sənaye kompleksi və bir çox digər sahələrdə “Hi-Tech” həllər üçün əlavə imkanlar açır.

İnvestorlara energetika sahəsinə diqqət ayırmaları da faydalı olar. Bu, azərbaycanlı sərmayədarların energetika obyektlərinin özəlləşdirilməsi layihələrində iştirak imkanlarına da aiddir.

Yol tikintisinə investisiyalar da əla imkanlar açır, xüsusən, bu istiqamət 2017-ci ildə Ukrayna hökumətinin prioritet işidir. Bu sahəyə ölkənin dövlət büdcəsində 14 milyard qriven (təqribən 520,5 milyon dollar) nəzərdə tutulub, daha bir milyard vəsaiti isə beynəlxalq maliyyə institutlarından cəlb etmək planlaşdırılır.

Ukrayna biznesi tərəfindən Azərbaycana investisiya qoyulması məsələsinə gəlincə, bizim qarşımızdakı prioritet tapşırıqlardan biri siyasi və işgüzar səviyyələrdə təmaslara imkan yaratmaqdır. Məhz buna görə də biz öz tərəfimizdən yuxarıda qeyd olunan tədbirlərin təşkili üzərində fəal işləyirik.

Yeri gəlmişkən, mən ötən ilin payızında Azərbaycanda oldum, Bakıda bir neçə saat vaxt keçirdim və ölkədəki müsbət dəyişikliklər məni heyrətləndirdi. İnkişaf hər addımda görünür. Mənə Heydər Əliyev Mərkəzində olmaq da nəsib oldu. Burada incəsənət, mədəniyyət və memarlığın böyük nailiyyətlərindən, texnologiyanın inkişaf səviyyəsindən valeh oldum. Qısa səfər məndə dərin təəssürat buraxdı, buna görə də bu gün mən həm vətəndaş, həm də iqtisadiyyat naziri kimi Ukrayna və Azərbaycan arasında münasibətlərin perspektivli, potensial qarşılıqlı faydalı olduğunu hesab edirəm.

Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin sayı azalıb
Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin sayı azalıb
Azərbaycanın peyk xidmətlərinin ixracından gəlirləri artıb
Azərbaycanın peyk xidmətlərinin ixracından gəlirləri artıb
Azərbaycanın əməliyyat sistemi bazarında "Android"in payı artıb
Azərbaycanın əməliyyat sistemi bazarında "Android"in payı artıb
Loading Bars
Xəbər lenti
“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi (FOTO)
UNİCEF-in İcraçı Direktoru ELSA Azərbaycan Məzunlar Cəmiyyətindən ona ünvanlanan məktubu cavablandırıb
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə telefonla danışıb
SOCAR Ukraynada fəaliyyətini genişləndirir
Pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl edilməsi vacibdir - Nazirlik
Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb
44 günlük müharibə bizə asan gəlsə də, bu, düşünüldüyü kimi deyil - Hərbi ekspert
ABŞ-da koronavirusa yoluxma rekordu qeydə alındı
Gömrük əməkdaşları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad ediblər (FOTO)
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop
Azərbaycan ordusu dünya reytinqlərində daha da irəliləyəcək - Deputat
Kəlbəcər rayonunun Yanşaq kəndi (VİDEO)
Dekabrın 7-də manatın dollara qarşı məzənnəsi
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Səfir XİN-ə çağırıldı, Fransaya nota verildi
TÜRKPA-nın Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək
"Ural Hava Yolları" Rusiya vətəndaşlarının Azərbaycandan daşınmasını həyata keçirəcək
Türkiyədən Çinə hərəkət edən yük qatarı Bakı limanından keçəcək
Ceyhun Bayramov latviyalı həmkarı ilə telefonla danışıb
Azərbaycan qlobal çağırışlara həmişə töhfə verib - Deputat
Ceyhun Bayramov Belarusun səfiri Gennadi Axramoviç ilə görüşüb (FOTO)
Prezident İlham Əliyevin Fransaya tövsiyəsini mən də dəstəkləyirəm - Ərdoğan
Azərbaycanda bu məhsulların istehsalı artıb
Ankarada Azərbaycanın Vətən müharibəsinin şəhidləri yad edilib (FOTO)
Azərbaycanda 4 267 nəfər COVID-19-a yoluxdu, 2 566 nəfər sağaldı, 41 nəfər vəfat etdi
Şəhidlərin əziz xatirəsi Dövlət Miqrasiya Xidmətində də yad edilib (FOTO)
Hərbçilərimiz canları bahasına bu qələbəni əldə ediblər - Milix Yevdayev
Gəncədə din xadimləri şəhidlərin xatirəsini yad ediblər (FOTO)
İsmayıllıda koronavirus xəstəsinə cinayət işi başlanılıb
Türkiyəli nazir Qars logistika mərkəzinin tikintisi prosesi ilə tanış olacaq
Şəhidlərin xatirəsini yad etmək məqsədilə müntəzəm xətt avtobusların hərəkəti dayandırılıb - BNA
UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! (FOTO)
Şəkidə şəhidlərimizin xatirəsi yad edilib (FOTO)
Azərbaycanın böyük qələbəsini şərtləndirən əsas amillər
Birinci vitse-prezident Mehriban Əliyeva: Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq
Əjdərbəy məscidində şəhidlərin xatirəsi anılıb
Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb (FOTO/VİDEO)
Dağlıq Qarabağın kimə məxsus olduğu BMT qətnamələri ilə çoxdan müəyyən edilib - Peskov
Biz bütün Azərbaycanın dəstəyini hiss edirdik - Bədii gimnastika üzrə qrup komandasının üzvləri (FOTO)
İkinci Qarabağ müharibəsi Azərbaycan tarixində parlaq səhifədir - Aleksandr İşein
Ərazini tərk edən ermənilər məzarları dağıdıblar - “Amnesty International” Kəlbəcərdə (FOTO)
İranda sutka ərzində 347 nəfər koronavirusdan ölüb
Vətən yolunda canlarından keçən oğullarımız daim qəlbimizdədir - Milix Yevdayev (FOTO)
Azərbaycan şəhidlərinin xatirəsi Türkiyə və İranda da yad edilir
Azərbaycan hərbi əməliyyatları dəqiqliklə quraraq Ermənistandan daha az itki verdi - Deputat
Məni güllə altında sürüyərək ərazidən çıxardılar - Qarabağ qazisi
Siyəzəndə yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstəsi saxlanılıb (VİDEO)
Paşinyanın reytinqi kəskin düşüb
Heydər Əliyev Fondunun dəstəyi ilə şəhidlərə ithaf olunmuş "Əbədi zirvə" musiqi kompozisiyası hazırlanıb (VİDEO)
Olimpiya oyunlarının təxirə salınması Yaponiyaya 3 milyard dollara başa gələcək
Azərbaycan zəfər çalaraq tarixdə yeni səhifə açdı - Allahşükür Paşazadə
Dövlət Dəniz Agentliyində şəhidlərin əziz xatirəsi anılıb (VİDEO)
Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir - Deputat
Yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcıları barədə cinayət işi başlanılıb (FOTO/VİDEO)
"Şəhidlik yaxşı ölümdür" deyirdi - Şəhid Tural Rəhimov
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Şəhidlərimizin ruhu qarşısında baş əyir, ehtiramla yad edirik - Spiker
Heydər məscidində anım mərasimi keçirilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Havanın temperaturu düşəcək, yağış, qar yağacaq - Xəbərdarlıq
Rusiyada koronavirusdan ölənlərin sayı 42 mini ötüb
FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər (FOTO)
Azərbaycan xalqı Şəhidlər Xiyabanını ziyarət edir (FOTO)
Gəncə şəhərində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib (FOTO)
Bakıdakı pravoslav kafedral kilsəsində şəhidlərin anım mərasimi keçirilib (FOTO)
Doqquz Azərbaycan gimnastı bədii gimnastika üzrə Avropa çempionatından medalla qayıdıb - Mariana Vasileva
Nazirlik Xudayar Yusifzadənin ailəsi üçün ev tikəcək (FOTO)
Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anılıb (FOTO)
Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib - Həmsədr
Döyüşlərə 30 ilin həsrəti ilə atılmışdıq - Qarabağ qazisi
Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələri müzakirə olunub
AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı (FOTO)
Niderlandda Fransa Senatının və Belçika Parlamentinin qəbul etdiyi qətnamələrə etiraz aksiyası keçirilib
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcısı barədə cinayət işi başlanılıb (FOTO/VİDEO)
Ərdoğan və Ruhani Qarabağı müzakirə edib
Güclü dövlətin hərbçisi olmaq çox qürurvericidir - Qarabağ qazisi
Ötən gün 21 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
Azərbaycan nefti 50 dollar həddinə yaxınlaşır
Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır - Fransa səfiri
Azərbaycanın qaz ixracında Türkiyə bazarının payı 79 faiz olub
Azərbaycanın Türkiyədən sement idxalı azalıb
Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanılıb (FOTO)
Rusiyada təyyarə bir gündə iki dəfə təcili eniş etdi
Müəllimlərinə "Qarabağı biz alacağıq" deyib - Ad günündə dəfn edilən şəhid Nicat Tarverdiyev (FOTO)
Bakıda elektron əşya mağazalarından oğurluq edən saxlanılıb
Prezident İlham Əliyev şəhidlərimizlə bağlı paylaşım edib (FOTO)
Azərbaycan Prezidenti: BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi
Vətən Müharibəsində şəhid olan DİN kapitanı (FOTO)
Azərbaycan Prezidenti: Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışıb
Azərbaycan Prezidenti: Son iki il ərzində Ermənistan danışıqlar prosesini məqsədyönlü şəkildə məhv edib
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib
Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - XİN
Prezident İlham Əliyev: Pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır
Azərbaycan Prezidenti: Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirib
Prezident İlham Əliyev: Bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var
Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasında çıxış edib (VİDEO)
Binəqədidə koronavirus xəstəsinə cinayət işi açılıb
Bütün xəbərlər