...

"Azər Türk Bank" manat əmanətləri üzrə müddətləri qısaldıb, faiz dərəcələrini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2017 16:13 (UTC +04:00)
"Azər Türk Bank" mart ayının 17-dən etibarən 1 may 2017-ci il tarixinidək əmanətlərin qəbulu ilə əlaqədar “Bahar kampaniyası”na başlayıb.
"Azər Türk Bank" manat əmanətləri üzrə müddətləri qısaldıb, faiz dərəcələrini artırıb

Bakı. Trend:

"Azər Türk Bank" mart ayının 17-dən etibarən 1 may 2017-ci il tarixinidək əmanətlərin qəbulu ilə əlaqədar “Bahar kampaniyası”na başlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, yeni qısamüddətli əmanət növlərinin tətbiqi ilə yanaşı, təklif olunan müddət ərzində Bank Azərbaycan manatı ilə qəbul etdiyi əmanətlərin faiz dərəcələrini 15%-dək artırıb.

Hazırda "Azər Türk Bank"da milli valyuta ilə yerləşdirilən əmanətlərə görə müddətindən və faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 10-15% arasında illik gəlir vəd edilir. Yüksək faiz dərəcələrinə baxmayaraq, Bankda yerləşdirilən bütün növ depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.

Bankda əmanətçilərə 3 il müddətinə müştərinin şəxsi məqsədləri və depozit üzrə faizlərin əldə edilməsi üçün ödəniş kartı da hədiyyə edilir.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti