...

2022-ci ildə Azərbaycanda 500 min ton pambıq istehsalı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2017 18:04 (UTC +04:00)
2022-ci ildə Azərbaycanda 500 min ton xam pambıq istehsalı gözlənilir.
2022-ci ildə Azərbaycanda 500 min ton pambıq istehsalı gözlənilir

Bakı. Trend:

2022-ci ildə Azərbaycanda 500 min ton xam pambıq istehsalı gözlənilir.

Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nda deyilir.

Qeyd olunur ki, Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda pambıqçılıq ənənələrinin bərpa olunmasına, pambıq emalı məhsulları üzrə idxaldan asılılığın azaldılmasına, kənd yerlərində əhalinin məşğulluğuna, aqrar sənaye potensialının artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və ölkəyə əlavə valyuta daxilolmalarına şərait yaradacaq. Eyni zamanda, görülən tədbirlər nəticəsində qabaqcıl texnologiyaların geniş tətbiqinə əsaslanan pambıq istehsalı və emalı kompleksi təşəkkül tapacaq, yerli pambıq xammalına əsaslanan tekstil sənayesi formalaşacaq.

Həmçinin bildirilir ki, Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti