...

NIKOIL | Bank vakansiya elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2017 11:28 (UTC +04:00)
NIKOIL | Bank vakansiya elan edir.
NIKOIL | Bank vakansiya elan edir

Bakı. Trend:

NIKOIL | Bank vakansiya elan edir.

Vakansiya: Marketinq şöbəsinin mütəxəssisi

VƏZİFƏLƏRİ:

• Marketinq, reklam və stimullaşdırma tədbirlərinin idarə olunması və həyata keçirilməsi;
• Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi;
• Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
• Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
• Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesinin təşkilinə nəzarət edilməsi;
• Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi;
• Məhsul və xidmətlərin reklam və inkişafı işinin təşkil edilməsi;
• Bankın rəsmi saytının və sosial şəbəkələrdəki səhifələrinə məlumatların əlavə edilməsi və aktual vəziyyətdə saxlanılması;
• Filiallarda olan marketinq və satış bölmələrinin fəaliyyətini mərkəzi olaraq koordinasiya edilməsi, aylıq satış hesabatlarının hazırlanmas və təhlili;
• Bankın sosial məsuliyyətli layihələrinin kordinasiya olunması

TƏLƏBLƏR:

• Ali təhsil;
• Marketinq sahəsində 2 ildən az olmayan təcrübə (bank sahəsində təcrübəsi olanlara üstünlük veriləcək);
• Analitik və kreativ düşünmə tərzi;
• Təqdim etmə bacarığı;
• Ünsiyyət qurmaq və danışıqlar aparmaq;
• Digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq;
• SMM sahəsində geniş təcrübəyə malik olmaq;
• MS Office-də işləmək bacarığı;
• Azərbaycan və rus dilində sərbəst danışmaq bacarığı (ingilis dilini bilənlərə üstünlük veriləcək)

Əlaqə yaratmaq üçün: [email protected]

E-mail göndərilərkən mövzu hissəsinə Marketinq şöbəsinin mütəxəssisi başlığı yazılmalıdır.

Son tarix: 31.08.2017

Məqalədə:
Xəbər lenti

Xəbər lenti