Bakı. Azad Həsənli - Trend:
Azərbaycan və Dünya Bankı əməkdaşlığın 25 illiyinə həsr olunmuş poçt markasını təqdim ediblər.
Trend-in məlumatına görə, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib ki, bu cür markalardan 25 min nüsxə buraxılacaq.
Onun sözlərinə görə, bu markalar Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın rəmzinə çevriləcək.
Daha sonra markanın dövriyyəyə buraxılmasına həsr olunan imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan Baş nazirinin müavini Abid Şərifov və Dünya Bankını regional direktoru Mersi Tembon imzalayıb.