Bakı. Azad Həsənli - Trend:
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların aparılmasına moratoriumun müddəti 2021-ci ilədək uzadılacaq.
Trend-in məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Qeyd edək ki, Azərbaycanda sahibkarlıq sahəsinin yoxlanılması 2015-ci il noyabrın 1-dən dayandırılmışdı. Moratoriumun müddəti iki il təşkil edir və bu ilin noyabrında başa çatır.