...

Bu dövlət qurumu artıq bazar ertəsi də işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2017 14:29 (UTC +04:00)
Bu dövlət qurumu artıq bazar ertəsi də işləyəcək.
Bu dövlət qurumu artıq bazar ertəsi də işləyəcək

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin ərazi idarələri yeni iş rejiminə keçib.

Komitədən Trend-ə verilən məlumata görə, artıq qeydiyyat ərazi ofisləri bazar ertəsini də iş günü kimi elan edir. Başqa sözlə, vətəndaş birinci günləri də qeydiyyat ərazi ofislərinə yaxınlaşaraq əmlakın qeydiyyat prosedurlarını yerinə yetirə bilərlər.

Qeyd edək ki, əvvəllər bazar ertəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin ərazi idarələri üçün istirahət günü kimi müəyyən olunmuşdu.

Vətəndaşlara əlavə olaraq daha bir gün də xidmət göstərilməsi çevikliyin artırılmasına, daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə, rahatlığın təmin olunmasına imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti