...

İcbari avtoməsuliyyət sığortası üzrə son kağız müqavilələrin qüvvəsi bitdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2017 11:51 (UTC +04:00)
İcbari avtoməsuliyyət sığortası üzrə son kağız müqavilələrin qüvvəsi bitib.
İcbari avtoməsuliyyət sığortası üzrə son kağız müqavilələrin qüvvəsi bitdi

Bakı. Trend:

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə kağız daşıyıcıda daha əvvəl (2016-cı il 31 oktyabr, saat 23:59-dək) bağlanmış müqavilələrin (şəhadətnamələrin) təminat müddəti cari ilin 31 oktyabr tarixində saat 23:59-da bitib.

Bu barədə Trend-ə İcbari Sığorta Bürosundan məlumat verilib.

Bununla, kağız şəhadətnamə blanklarında rəsmiləşdirilmiş icbari avtoməsuliyyət sığortası müqavilələri tamamilə dövriyyədən çıxarılıb.

Qeyd edək ki, 1 noyabr 2016-cı il tarixindən etibarən icbari avtoməsuliyyət sığortası müqavilələri yalnız elektron sənəd formasında bağlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti