...

Hava limanında 2-ci terminalın qarşısında da avtobus dayanacağı qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2017 11:48 (UTC +04:00)
Hava limanında 2-ci terminalın qarşısında da avtobus dayanacağı qoyulub.
Hava limanında 2-ci terminalın qarşısında da avtobus dayanacağı qoyulub

Bakı. Trend:

Hava limanında 2-ci terminalın qarşısında da avtobus dayanacağı qoyulub.

"BakuBus" MMC-dən Trend-ə verilən məlumata görə, 2017-ci il oktyabrın 29-dan etibarən “Buta Airways” şirkətinin uçuşlarını Heydər Əliyev Beynəlxalq Hava Limanının 2-ci terminalından həyata keçirməsi ilə əlaqədar olaraq, "BakuBus"a məxsus hava limanı ekspress xəttinin avtobusları üçün 2-ci terminalın qarşısında əlavə dayanacaq təşkil olunub. Artıq sərnişinlər həm 1-ci, həm də 2-ci terminalların qarşısından ekspress xəttin xidmətlərindən istifadə edə bilər.

Qeyd edək ki, avtobuslarımız 06:00-dan 20:00-dək yarım saatlıq, 21:00-dan 06:00-dək isə bir saatlıq intervalla Heydər Əliyev Beynəlxalq Hava Limanı və Bakı Dәmir Yolu Vağzalı istiqamətində hərəkət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti