...

MİDA güzəştli yaşayış kompleksinin tikintisinə 6 mln. manatdan çox vəsait cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2017 14:27 (UTC +04:00)
Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki “MIDA” MMC tərəfindən Bakının Yasamal rayonunda güzəştli yaşayış kompleksinin tikintisi üçün investor cəlb edilib.
MİDA güzəştli yaşayış kompleksinin tikintisinə 6 mln. manatdan çox vəsait cəlb edib

Bakı. Ənvər Məmmədov - Trend:

Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki “MIDA” MMC tərəfindən Bakının Yasamal rayonunda güzəştli yaşayış kompleksinin tikintisi üçün investor cəlb edilib.

Trend bu barədə Tender Komissiyasına istinadən məlumat verir.

Cəlb olunan investisiyaların ümumi həcmi 6,34 milyon manat təşkil edib.

Məlumatda qeyd olunur ki, “Caspian Service” MMC “Çinar İnşaat” MMC ilə birgə konsorsiumda kompleks ərazisində uşaq bağçası-körpələr evi inşa edəcək. Müqavilənin dəyəri 3,3 milyon manat təşkil edir.

Bundan başqa, MIDA “HN Construction” MMC (“Xumar-98” MMC ilə konsorsium) 12-mərtəbəli bir bloklu binanın tikintisi ilə bağlı müqavilə imzalayıb. Bu müqavilənin dəyəri 3,04 milyon manata bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti