...

Vüsal Qasımlı: 2018-ci il Azərbaycan üçün iqtisadi inkişaf ili olacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2017 11:37 (UTC +04:00)
2018-ci il Azərbaycan üçün tarixə iqtisadi inkişaf ili kimi tarixə keçəcək.
Vüsal Qasımlı: 2018-ci il Azərbaycan üçün iqtisadi inkişaf ili olacaq (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

2018-ci il Azərbaycan üçün iqtisadi inkişaf ili kimi tarixə keçəcək.

Trend-in məlumatına görə, bunu 2017-ci ilin yekunlaırna həsr olunmuş mətbuat konfransı zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, 2017-ci ildə ölkədə həyata keçirilmiş iqtisadi islahatlar nəticəsində böhran arxada qaldı və iqtisadiyyat yeni inkişaf mərhələsinə qədəm qoydu:

“Bir tərəfdən 2017-ci ildə böhran əleyhinə tədbirlər həyata keçirildi, digər tərəfdən isə yeni iqtisadi modelin yaradılması üzrə islahatlar davam etdirildi. Azərbaycanda ÜDM-nin azalması 2016-cı ildə müşahidə olunmuşdu, 2017-ci ildə isə artım dinamikası bərpa olunub və 2018-ci ildə yeni iqtisadi artım üçün imkanlar yaradılıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti