...

Cavid Qurbanov: Avstriya BTQ ilə yük yola salacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2018 12:34 (UTC +04:00)
Avstriya Bakı-Tbilisi-Qars dəmir yolu ilə Qazaxıstana gedəcək yük qatarını yola salmağa hazırlaşır
Cavid Qurbanov: Avstriya BTQ ilə yük yola salacaq

Bakı. Maksim Tsurkov - Trend:

Avstriya Bakı-Tbilisi-Qars dəmir yolu ilə Qazaxıstana gedəcək yük qatarını yola salmağa hazırlaşır.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov qeyd edib ki, BTQ yük daşıyanların böyük marağına səbəb olub və bugünədək dəmir yolu ilə 500-dən çox konteyner daşınıb: “Türkiyə ilə Çin arasında ticarət dövriyyəsi 500 min konteynerdən çoxdur. BTQ dəmir yoluna Çin və Mərkəzi Asiya ölkələri tərəfindən maraq var. Avstriya da bu dəmir yolu ilə yük qatarını yola salmağa hazırlaşır. Bu, həmin dəmir yolundan istifadə edən ilk avropalı daşıyıcı olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti