...

Elmar Məmmədyarov: Azərbaycan və Aİ tərəfdaşlıq haqqında yeni saziş üzrə intensiv məşvərətlər aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2018 16:06 (UTC +04:00)
Azərbaycan və Avropa İttifaqı (Aİ) strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə intensiv məşvərətlər aparır
Elmar Məmmədyarov: Azərbaycan və Aİ tərəfdaşlıq haqqında yeni saziş üzrə intensiv məşvərətlər aparır

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan və Avropa İttifaqı (Aİ) strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə intensiv məşvərətlər aparır.

Trend-in məlumatına görə, bunu Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclasının yekununda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov təşkilatın Ali komissarı Federika Mogerini ilə birgə mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, hazırda sazişin maddələri barədə intensiv danışıqlar gedir: “Etiraf etməliyəm ki, bu yüngül proses deyil. İndi ticarət maddəsi barədə danışıqlar aparılır”.

E.Məmmədyarov onu da əlavə edib ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmaq üçün işləri davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti