...

Bank Respublika Bakı və Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş filmin premyerasını keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2018 15:47 (UTC +04:00)

Bakı. Trend:

Bank Respublika Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinə həsr olunmuş “İstiqlaliyyət” adlı bədii-sənədli film təqdim edib.

Bankdan Trend-ə verilən məlumata görə, filmdə Cümhuriyyət qurucularının 23 ay ərzində gördüyü böyük işlər və qarşılaşdığı çətinliklərdən bəhs edilir. Filmdə həmin vaxtların taleyüklü məqamları da rekonstruksiya edilib və göstərilir. Bədii-sənədli filmin rejissoru Cavid Təvəkkül, sözçüsü isə xalq artisti Nürəddin Mehdixanlı oldu. Filmin istehsalı “ÖZ Film” prodakşn studiyası tərəfindən Baku Media Center-in dəstəyi ilə ərsəyə gəlib.

Bank Respublikanın Idarə Heyətinin sədri Asəf Namazov bildirib: “Böyük qürur və vətəndaşlıq borcu hissi ilə bu filmi təqdim edirik. Bildiyiniz kimi Prezident İlham Əliyev 2018-ci ili "Azərbaycan Xalq Cümhiriyyəti İli" elan edib, bu qərar bir daha həmin tarixin müasir Azərbaycan üçün önəmli olmasını təsdiq edir. Ölkənin aparıcı banklarından biri kimi filmin yaradılmasına qərar verdik ki, həmin illərdə baş verən hadisələr yenidən yaddaşlarda oyansın, Cümhuriyyət qurucularının göstərdiyi şücayət hiss edilsin”.

Yubiley ili ərəfəsində bank eyni zamanda “İstiqlaliyyət” filminin iki premyerasını keçirib – paytaxt Bakıda və Gəncə şəhərində. Filmin təqdimatında mətbuat nümayəndələri, bankın partnyorları və müştəriləri də iştirak ediblər. Təqdimat tədbirləri CinemPlus kinoteatrlarının dəstəyi ilə keçirilib. Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və qısa müddət ərzində çoxsaylı müsbət rəylərə səbəb olub. Təqdimatda filmin baş qəhrəmanları öz obrazlarını canlandıraraq tədbirdə xüsusi ab-hava da yaradıblar.

Filmi bankın rəsmi Facebook və Youtube səhifələrindən izləmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti