...

Bakı Limanında Portal kranların sökülməsinə dair satın alınma elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2018 15:09 (UTC +04:00)
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Bakı Limanında mövcud olan Portal kranların sökülmə işlərinə dair xidmətlərin açıq müsabiqə üsulu ilə satın alınmasını elan edir.
Bakı Limanında Portal kranların sökülməsinə dair satın alınma elan edilib

Bakı. Trend:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti Bakı Limanında mövcud olan Portal kranların sökülmə işlərinə dair xidmətlərin açıq müsabiqə üsulu ilə satın alınmasını elan edir.

Qurumdan Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 14 sentyabr 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 18 sentyabr 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 19 sentyabr 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər:

Əlaqə telefonları: 498-91-84; 599-00-03 (1401).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti