...

İl ərzində Azərbaycanda Avropa şirkətlərinin sayı təxminən 30 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2018 13:30 (UTC +04:00)

Naxçıvan. Ləman Zeynalova - Trend:

Bu il Azərbaycanda Avropa şirkətlərinin sayı 300-dən 385-ə qədər artıb.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Naxçıvan Muxtar Respublikasında (NMR) Avropa İttifaqı Gününə həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, Aİ ilk dəfə olaraq Naxçıvanda belə genişmiqyaslı tədbir təşkil edib. Bu tədbirdə Aİ-nin 17 səfiri də daxil olmaqla, 60 nümayəndəsi iştirak edir.

K.Yankauskas əlavə edib ki, bəzi Avropa şirkətləri artıq NMR-da fəaliyyət göstərir və enerji, kənd təsərrüfatı kimi sahələrə sərmayələr yatırırlar.

Nümayəndəliyin rəhbəri daha sonra qeyd edib: "Aİ Azərbaycanın böyük tərəfdaşıdır. Aİ Azərbaycanın həm neft, həm də qeyri-neft sektorunda böyük sərmayəçidir. Biz Azərbaycanı etibarlı tərəfdaş kimi çox yüksək qiymətləndiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti