...

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı satınalınma ilə bağlı açıq müsabiqə elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2018 15:36 (UTC +04:00)
QSC karbamid yüklərinin üstü açıq tipli vaqonlara boşaldılması məqsədilə istifadə olunan hopperlərin hazırlanması üçün mal-materialların satınalınması ilə bağlı açıq müsabiqə elan edir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı satınalınma ilə bağlı açıq müsabiqə elan edir

Bakı. Trend:

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətində karbamid yüklərinin üstü açıq tipli vaqonlara boşaldılması məqsədilə istifadə olunan hopperlərin hazırlanması üçün mal-materialların satınalınması ilə bağlı açıq müsabiqə elan edir.

Qurumdan Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 15 noyabr 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 19 noyabr 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 20 noyabr 2018-ci il saat 16.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər:

Əlaqə telefonları: 498-91-84; 599-00-03 (1401).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti