...

AZAL və “S7 Airlines” əməkdaşlığı genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2019 14:25 (UTC +04:00)

Bakı. Sara İsrafilbəyova - Trend:

“Azərbaycan Hava Yolları” (AZAL) QSC yay mövsümünün əvvəlində “S7 Airlines” şirkəti ilə kod-şerinq üzrə əməkdaşlığını genişləndirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu əməkdaşlıq nəticəsində bir aviareys iki və ya daha çox aviaşirkət tərəfindən istifadə oluna bilər.

2019-cu il martın 31-dən etibarən kod-şerinq aşağıdakı reysləri əhatə edəcək: Moskva (Domodedovo) – Adler (Soçi), Moskva (Domodedovo) – Çelyabinsk, Moskva (Domodedovo) – Mineralnıye Vodı, Moskva (Domodedovo) – Sankt-Peterburq, Moskva (Domodedovo) – Ufa.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti