Bakı. Trend:
Bu günədək “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş 57 sahibkar maliyyə yardımı alıb.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev yanğından zərər çəkmiş sahibkarlarla görüşü zamanı deyib.
Nazir bildirib ki, bu sahibkarlara 570 min manat məbləğində maliyyə yardımı ödənilib.
Ötən həftə isə ümumilikdə 441 sahibkarla görüş keçirilib, daha 90 sahibkar bu gün müraciət edib.