...

"Latam" Argentinaya uçuşları dayandırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2020 05:20 (UTC +04:00)
"Latam" Argentinaya uçuşları dayandırır

Bakı. Trend:

Çiliyə məxsus Cənubi Amerikanın sərnişin daşımaları üzrə ən böyük "Latam" aviaşirkəti Argentinadakı filialının fəaliyyətini və ölkə daxili uçuşlarını dayandırır.

Trend-in məlumatına görə, bu barədə şirkətin mətbuat xidməti xəbər verib.

"Ölkədə 15 il fasiləsiz qaldıqdan və pandemiyanın uzunmüddətli mənfi təsirindən qarşılaşdığımız bir çox çətinliklərdən sonra şirkətin işləməyə davam edə biləcəyi üçün variantları təsəvvür etmək mümkün deyil", - şirkətdən bildirilir.

Qeyd edilir ki, "Latam" Argentinanın hava limanlarından beynəlxalq uçuşları davam etdirəcək, bütün daxili 12 istiqamətdə olan reysləri isə dayandıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti