...

Bu il BNA paytaxt qəsəbələrinin avtobus parkını yeniləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2021 18:16 (UTC +04:00)
Bu il BNA paytaxt qəsəbələrinin avtobus parkını yeniləyəcək

Bakı. Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev - Trend:

Vətəndaşların rahatlığının təmin olunması, onlara keyfiyyətli və təhlükəsiz xidmətlərin göstərilməsi məqsədilə avtobus parkının yenilənməsi davam edir.

Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O bildirib ki, bu il Azərbaycana Avro 6 standartlı daha 320 avtobuas gətiriləcək:

“Avtobusların bu və ya digər marşrut xətlərinə paylanması sərnişinlərin rəyi əsasında həyata keçiriləcək.”

Onun sözlərinə görə, yeni avtobuslar əsasən Bakının yaşayış məntəqələrinin avtobus parklarının yenilənməsinə yönələcək:

“Dövlət başçısının sərəncamlarına uyğun olaraq paytaxtın qəsəbələrinin yol infrastrukturu yenilənir. Yol infrastrukturu 9 metrlik avtobusların hərəkətinə imkan verən rayonlar həmin avtobuslarla təmin olacaq. Yolları dar olan rayonlarda isə genişlənmə işləri aparıldıqdan sonra avtobus parkı yenilənəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti