Bakı. Sədrəddin Ağcayev, Orxan Nəbiyev - Trend:
Yanvarın 29-da Ankaradan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə Rusiyaya ilk ixrac yük qatarı yola salınacaq.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi bildirib.
15 vaqondan ibarət Ankara-Moskva konteyner qatarı 8 gün ərzində 4,65 min kilometr yol qət edəcək.
Bundan başqa. bu gün Ankaradan Çinin Sian şəhərinə daha bir qatar yola salınacaq. Həmin yük qatarı 7 792 kilometr məsafə qət edəcək.