...

Abşeron yatağında son həftələr işin sürəti azalsa da, qrafikə uyğun gedir - Əməliyyat şirkəti

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2021 12:51 (UTC +04:00)
Abşeron yatağında son həftələr işin sürəti azalsa da, qrafikə uyğun gedir - Əməliyyat şirkəti

Bakı. Ləman Zeynalova - Trend:

Abşeron yatağının işlənməsi layihəsi çərçivəsində “İsrafil Hüseynov” borudüzən barjasının vasitəsi ilə hazırda aparılmaqda olan əməliyyat plana uyğun olaraq həyata keçirilir.

Bunu Trend-in sorğusuna cavab olaraq JOCAP (Joined Operating Company Absheron Petroleum) şirkətindən bildiriblər.

“Əlverişsiz hava şəraitinə görə son həftələr ərzində işin gediş sürəti azalsa da, tamamlanma üçün müəyyənləşdirilmiş tarixə mənfi təsir göstərmir. Bu həftə boru içərisində boru seksiyasının çəkilişi fəaliyyətləri başlayıb. Əməliyyatlar plana uyğun olaraq həyata keçirilir. Gələn həftə suda izolyasiya edilən boru seksiyası ilə əlaqədar işlərin başlaması ilə borudüzən barja ilə aparılan fəaliyyətlərin konfiqurasiyası da dəyişəcəkdir”.

Qeyd olunub ki, yanvar ayında dayaq bloku (platformanın dayaq çərçivəsi) quraşdırılıb və bərkidilib.

“May ayında dayaq çərçivələri ilə birlikdə bəzi körpü elementlərin quraşdırılması ilə dənizdə quraşdırma kampaniyası başlayacaq.

Üst tikililərin istehsalı BOS Şelf istehsalat sahəsində həyata keçirilir. Tikililərin əksər hissələri artıq quraşdırılıb və rənglənməyə hazır vəziyyətdədir. Sonra avadanlıqlar və borular quraşdırılacaq. Estakadaların seksiyalarına gəldikdə isə, boruların izolyasiyası işləri davam etdirilir və onlar may ayında quraşdırmaya hazır olacaq.

Neft Daşlarındakı qurğuları üzrə subpodratçı qismində Neft-Qaz Tikinti İdarəsi ilə işlər başlayıb. İlk fəaliyyətlərə layihələndirilmə və materialların təchizatı daxildir. Həmin fəaliyyətlər mövcud qurğularda müəyyən texniki xidmət və təmir işlərinə paralel olaraq aparılır.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti