...

IFC Azərbaycanda özəl sektorun dəstəklənməsi üçün 850 milyon dollara yaxın vəsait ayırıb - Direktor

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2021 09:18 (UTC +04:00)
IFC Azərbaycanda özəl sektorun dəstəklənməsi üçün 850 milyon dollara yaxın vəsait ayırıb - Direktor

Bakı. Ləman Zeynalova - Trend:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 25 ildən çoxdur ki, Azərbaycanda özəl sektoru dəstəkləyir və 850 milyon dollara yaxın investisiya yerləşdirib. Bu məbləğdən 100 milyon dolları ticarətin inkişafı, 250 milyon dollar Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi üçün ayrılıb.

Bunu Trend-ə IFC-nin Avropa və Mərkəzi Asiya üzrə direktoru Vibke Şlömer deyib.

O bildirib ki, IFC dayanıqlı və inklüziv iqtisadiyyatın təmin olunması məqsədilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, iş yerlərinin yaradılması və iqtisadi artımın stimullaşdırılması üçün özl sektorun imkanlarından istifadə edir:

"IFC ölkənin özəıl sektorunu 25 ildir ki, dəstəkləyir. Bu müddət ərzində korporasiya turizm, pərakəndə ticarət, təkrar emal, neft-qaz, bankçılıq, mikro, kiçik və orta sahibkarlıq sahərlərinə yarım milyard dollara yaxın vəsait qoyub. Bundan başqa, IFC ticarətin maliyyələşdirilməsi proqramı çərçivəsində 100 milyon dollara yaxın, Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi üçün 250 milyon dollar vəsait ayırıb".

V.Şlömer əlavə edib ki, IFC Azərbaycana bir sıra tənzimləyici islahatların keçirilməsində kömək edib: "Bu, ölkədəki bir çox kiçik müəssisəyə vahid pəncərə vasitəsilə qeydiyyatdan keçməyə, lisenziyalar və icazələr, kreditlər almağa imkan verdi".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti