...

Zəngəzur dəhlizi Azərbaycan ərazisindən 5-8 milyon ton əlavə tranzit imkanları yaradır - Rəhman Hümmətov

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2022 13:05 (UTC +04:00)
Zəngəzur dəhlizi Azərbaycan ərazisindən 5-8 milyon ton əlavə tranzit imkanları yaradır - Rəhman Hümmətov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Zəngəzur dəhlizi Azərbaycan ərazisindən 5-8 milyon ton əlavə tranzit imkanları yaradır.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf perspektivlərinə həsr olunmuş tədbir zamanı deyib.

Onun sözlərinə görə, bu gün Şimal-Cənub dəhlizi ilə yük daşımaları ildə 0,5 milyon ton təşkil edir, perspektivdə bu göstəricini 4 milyon tona çatdırmaq planlaşdırılır.

"Dəmir yolu ilə ortamüddətli perspektivdə yük daşımalarını 6 milyon tona, uzunmüddətli perspektivdə 20 milyon tona çatdırmaq nəzərdə tutulur", - deyə o bildirib.

Nazir müavini əlavə edib ki, yaxın zamanlarda İranla Azərbaycan sərhədində körpünün tikintisinin başa çatması gözlənilir.

"Bundan başqa, Azərbaycan ərazisi ilə Rusiya sərhədinədək avtomobil yolununun tikintisinin başa çatması gözlənilir. Biz müxtəlif istiqamətlərdə, o cümlədən Zəngəzur dəhlizində avtomobil və dəmir yollarının tikintisini aparırıq. Horadiz-Ağbənd avtomobil və dəmir yolunun 2023-cü ildə tikilməsi planlaşdırılır", - R.Hümmətov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti