...

GƏNCƏ AVTOMOBİL ZAVODU 350 AVTOMOBİL İSTEHSAL EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2005 11:33 (UTC +04:00)

Gəncə avtomobil zavodu istehsalın bərpasından sonra 350 avtomobil istehsal edib. Zavodun direktoru Xanlar Fətiyevin Trend ə bildirdiyinə görə, təkcə cari ildə 300 avtomobil istehsal olunub (2004-cü ilin son həftəsi ərzində - istehsala dekabrın 24-də başlanılıb).

Gəncə avtomobil zavodu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sifarişi ilə 43 avtomobil buraxıb.

"Oka" avtomobilləri KAMAZ avtomobil zavodu ilə imzalanmış müqavilə çərçivəsində istehsal olunur. Ümumiyyətlə, 2005-ci ildə zavod təxminən 3 min Oka markalı avtomobil istehsal etməyi planlaşdırır.

Marketinq tədqiqatları göstərib ki, Azərbaycan bazarında 2 min "Oka" markalı avtomobillərə tələbat mövcuddur. Digər avtomobillərin isə ixrac olunması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti