...

STAR ŞİRKƏTİ İLİN SONUNA QƏDƏR İKİ ZAVODUN İNŞASINI BAŞA ÇATDIRACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2005 12:50 (UTC +04:00)

Türkiyənin Star şirkətlər qrupu 2005-ci ilin sonuna qədər Şamaxıda avtomobil və məişət texnikası istehsal edən iki zavodunun inşasını başa çatdıracaq. Bu barədə Trend ə müsahibəsində şirkətlər qrupunun prezidenti Əli Evsen bildirib.

Onun sözlərinə görə, avqustda buraxılmış soyuducular, yuyucu maşınlar və kondisionerlər istismara veriləcək. Oktyabr ayında isə avtomobillərin yığılması zavodu hazır olacaq.

"Bu iki zavoda qoyulan ümumi kapital $50 milyondur, onun $20 milyonu avtomobil zavodunun, $30 miliyonu isə məişət texnikası zavodunun tikintisinə sərf olunacaq. Avtomobil zavodunda biz Fransanın Peugeot texnologiyası üzrə İranda buraxılan Səməndər markalı avtomobillərini də yığacağıq", - deyə Ə.Evsen bildirib.

O qeyd edib ki, avtomobil zavodu üçün avadanlıqlar Malayziyadan gətiriləcək. Birinci mərhələdə Şamaxı avtomobil zavodu ildə 2000 avtomobil yığacaq. Şirkətlər qrupu bütün detalları Azərbaycanda istehsal etmək niyyətindədir.

Star həmçinin istehsal olunmuş avtomobilləri qonşu ölkələrə ixrac etməyi planlaşdırır.

Xatırladaq ki, Star şirkətlər qrupu tərəfindən Şamaxıda Star televizorları istehsal edən zavod tikilib və bu televizorlar həm Azərbaycanda satılır, həm də Gürcüstana və RF-yə ixrac olunur.

Xəbər lenti

Xəbər lenti