...

AZƏRBAYCANDA 1,930 MİLYON TON TAXIL İSTEHSAL OLUNUB

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2005 16:29 (UTC +04:00)

Bu günə kimi Azərbaycanda 1,930 min ton həcmində taxıl istehsal olunub. Kənd Təsərrüfatı Nazirliyinin informasiya mərkəzinin rəisi Murtuzəli Hacıyevin Trend ə verdiyi məlumata görə, hazırda ümumi məhsulun 98%-i yığılıb.

Onun sözlərinə görə, biçin 10 gün ərzində tamamilə başa çatacaq və yığıma 62 ədəd yeni kənd təsərrüfatı texnikası cəlb ediləcək. Hacıyev qeyd edib ki, hazırda sahələrdə 3900 kombayn işləyir ki, onlardan da 269-u yenidir.

İstehsalın proqnozu məsələsinə toxunan mərkəzin rəhbəri bildirib ki, ümumilikdə bütün 2005-ci il ərzində 2 milyon 250 min ton taxıl və 150 min ton qarğıdalının istehsal edilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti