...

BAKIDA "AZƏRBAYCANDA MİLLİ İSTEHSALIN İNKİŞAFINDA İSTEHLAKÇININ HÜQUQLARININ MÜDAFİƏSİNİN ROLU" MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2005 14:49 (UTC +04:00)

Avqustun 20-də Bakıda "Azərbaycanın millik istehsalının inkişafında istehlakçının hüquqlarının müdafiəsi " adlı konfrans keçirilib. Bu barədə Trend məlumat verib. Tədbirdə iqtisadi inkişaf naziri Fərhad Əliyev, istehlakçıların hüquqlarının müdafiəsi üzrə müxtəlif ictimai tiəşkilatların nümayəndələri, sahibkarlar iştirak edib.

F.Əliyev qeyd edib ki, konfrans milli istehsalın inkişafı üzrə təcrübənin davamıdır. O qeyd edib ki, milli istehsalın inkişafında istehlakçıların milli məhsulları almağa stimullaşdırmaq və onların hüquqlarını müdafiə etmək böyük əhəmiyyət kəsb edir.

"Yaxın vaxtlarda biz milli istehsalın inkişafı çərçivəsində tədbir keçirmək niyyətindədyik kiÖ burada hökumət orqanlarının nümayəndələri, sahibkarlar və aparıcı KİV-in iştirakı gözlənilir ", - deyə o, qeyd edib.

Antiinhisar siyasəti üzrə departamentin rəhbəri Rəhim Hüseynov milli istehsalın artırılması üzrə görülən işlərdən danışaraq bildirib ki, hökumət bu istiqamətdə böyük yardım göstərir.

"Milli istehsalını inkişafı üçün əhaalinin istehsal olunan məhsullar barədə məlumatlandırılması vacibdir ", - deyə o bildirib. Tədbirdə istehlakçıların hüquqlarının müdafiəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsi də zəruridir.

Xəbər lenti

Xəbər lenti