Oktyabrın əvvəlində Bakıda Azərbaycan-Rumıniya biznes forumu keçiriləcək. Bu barədə Azərbayjan Sahibkarlar Konfederasiyasından Trend xəbər agentliyinə məlumat verilib.
Verilən məlumata görə, bununla əlaqədar oktyabrın əvvəlində Rumıniyadan iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana səfərə gələcək. İki gün davam edəjək forumda iş adamları arasında əlaqələrin yaradılması, Azərbaycanla Rumıniya arasında iqtisadi-ticari əlaqələrin qurulması və s. bu kimi digər məsələlər ətrafında müzakirələr aparılajaqdır. Forumun yekununda iş adamları arasında əməkdaşlıq protokollarının imzalanması gözlənilir.
Qeyd edək ki, Rumıniya iş adamlarının Azərbaycana səfəri oktyabrın 6-8-də gözlənilir. Hazırda səfərin vaxtının dəqiqləşdirilməsi məqsədilə müvafiq qurumlar arasında danışıqlar aparılır.
Xatırladaq ki, bu foruma qədər Bakıda daha 3 ölkənin iş adamları ilə biznes forumun keçirilməsi nəzərdə tutulur. Belə ki, sentyabrın 26-27-də Azərbaycan-Almaniya, sentyabrın 29-30-da Azərbayjan-Finlandiya, oktyabrın 3-4-də isə Azərbaycan-Latviya biznes forumu keçiriləcək.