...

AZƏRBAYCANDA PUL KÜTLƏSİ 6,3% ARTIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2005 16:21 (UTC +04:00)

Avqustda Azərbaycanda pul kütləsinin həcmi 2,6% artıb, 2005-ci il ərzində isə bunun artımı 21,12% təşkil edib. Azərbaycan Milli bankında Trend ə bildirilib ki, sentyabrın 1-də pul kütləsinin həcmi (M2) 2005-ci ilin 1 avqustunda 4033,4 mlrd. manat və 1 yanvarında 3418 mlrd. manata qarşı 4139,8 mlrd. manat təşkil edib.

Avqustda nəğd vəsaitlərin həcmi (M0) 1,7% artıb, il ğərzində isə onun artımı 19,87% təşkil edib. Sentyabrın 1-də M0 göstəricisi 2005-ci ilin 1 avqustunda 2815,7 mlrd. manat və 1yanvarında 2389 mlrd. manata qarşı 2863,6 mlrd. manata bərabər olub.

Qeyri-nəğd vəsaitlərin həcmi avqustda 4,8% artıb, cari il ərzində isə bunun artımı artıq 24,02% təşkil edib. Sentyabrın 1-də qeyri-nəğd vəsaitlərin həcmi 2005-ci ilin 1 avqustunda 1217,7 mlrd. manat və 1 yanvarında 1029 mlrd. manata qarşı 1276,2 mlrd. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti