...

Avropa Birliyi Azərbaycanda vergi sisteminin inkişafı üçün əlavə 1,5 milyon avro ayıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2005 16:13 (UTC +04:00)

Avropa Birliyi (AB) Azərbaycanda vergi sisteminin inkişayına yönələn AB-nin TACIS proqramı çərçivəsində Vergilər Nazirliyinə yeni texniki yardım layihəsini maliyyələşdirməyə razılıq verib. Trend in məlumatına görə, bu barədə dekabrın 16-da Nazirliyin Vergi Siyasəti və Strateji Tədqiqatlar İdarəsinin rəisi Akif Musayev bildirib.

Bu interaktiv proqram olacaq və onun həyata keçirilməsi üçün AB birinci texniki yardım layihəsini reallaşdırmaq üçün ayırdığı həcmdə, yəni 1,5 mln avro olacaq. 2 il üçün nəzərdə tutulan layihənin reallaşdırılmasına 2007-ci ildən başlanılacaq.

Bu beynəlxalq təşkilatla paralel olaraq, 2006-cı ildə 1 il üçün nəzərdə tutulan əməkdaşlığın aralıq layihəsinin reallaşdırılmasının mümkünlüyü də nəzərdən keçirilir. "Bu, iki il ərzində reallaşdırılan və 2006-cı ilin yanvarında başa çatan layihənin səmərəliliyinin aşağı düşməməsi üçün zəruridir"- deyə A.Musayev bildirib.

Onun sözlərinə görə, Vergilər Nrazirliyinin AB ilə əməkdaşlığı vergi orqanlarının peşəkarlığının artırılması və keçirilən tədbirlərə yüksək qiymət verilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Xəbər lenti

Xəbər lenti